Sülhəddin Əkbər: “Partiyanın qısaldılmış adını AzDP formasında təklif edəcəyik”

Sülhəddin Əkbər: “Partiyanın qısaldılmış adını AzDP formasında təklif edəcəyik”
# 04 aprel 2014 11:34 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Partiyamızın qısaldılmış adının olmamasını məqsədəuyğun hesab edirik”.

Bunu APA-ya açıqlamasında Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri, Milli Şuranın üzvü Sülhəddin Əkbər deyib.

S.Əkbər bildirib ki, martın sonlarında Təşkilat Komitəsinin toplantısı keçirilib, lakin partiyanın qurultayının tarixi ilə bağlı konkret qərar verilməyib: “Mayın ortalarında qurultayla bağlı bir qərar verəcəyik. İndi partiyanın sənədlərinin müzakirəsi gedir. Rayon təşkilatlarında konfranslar keçirilir”.

S.Əkbər partiyanın qısaldılmış adının Azərbaycan Demokrat Partiyası (ADP) ilə oxşarlıq təşkil etməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, təsis qurultayından sonra sənədlər Ədliyyə Nazirliyinə təqdim olunacaq, partiyanın qısaldılmış adı barədə Ədliyyə Nazirliyi ilə məsləhətləşmələr aparılacaq: “Əslində biz qeyd etmək istəyirik ki, partiyanın qısaldılmış adı yoxdur. Əgər onlar razılaşmasalar, biz partiyanın qısaldılmış adını AzDP formasında təklif edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR