Təhsil Nazirliyinin Aparatı üçün müəyyənləşdirilmiş xidməti minik avtomobili limiti 2 dəfə artırılıb

Təhsil Nazirliyinin Aparatı üçün müəyyənləşdirilmiş xidməti minik avtomobili limiti 2 dəfə artırılıb
# 15 aprel 2014 14:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişikliklər edib.

APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən, Təhsil Nazirliyi üçün nəzərdə tutulan xidməti minik avtomobillərinin say həddi (lmiti) artırılıb.

İndiyə qədər Təhsil Nazirliyinin Aparatı üçün 5 ədəd xidməti minik avtomobili limiti mövcud olub. Dəyişikliyə əsasən Təhsil Nazirliyinin Aparatı üçün xidməti minik avtomobillərinin limiti 2 dəfə artırılıb və nazirliyin Aparatı üçün 10 ədəd xidməti minik avtomobili limiti müəyyənləşdirilib.

Təhsil Nazirliyinin ərazi və yerli bölmələri üçün müəyyənləşdirilmiş 65 ədəd xidməti minik avtomobili limiti isə dəyişdirilməyib. Beləliklə, Təhsil Nazirliyi üçün müəyyənləşdirilmiş xidməti minik avtomobillərinin sayı 75 ədədə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR