Gəncədə üç avtomobil toqquşub, xəsarət alanlar var - VİDEO

Gəncədə üç avtomobil toqquşub, xəsarət alanlar var - <span style="color: red;">VİDEO
# 27 iyun 2014 09:30 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 17 yaşlı Nicat Yunislinin idarə etdiyi “OPEL”, 23 yaşlı Qabil Yaqublunun idarə etdiyi “VAZ 2106” və 27 yaşlı Orxan Cəfərovun idarə etdiyi “Lada Priora” markalı avtomobillər toqquşub. Qəza zamanı sürücülər, Orxan Cəfərov və Nicat Yunisli, xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Baş Polis İdarəsindən bildiriblər ki, ilkin araşdırma zamanı qəzaya “Opel” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozmasının səbəb olduğu aydınlaşıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR