İran ABŞ-a xəbərdarlıq edib

İran ABŞ-a xəbərdarlıq edib
# 26 avqust 2013 07:00 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “Suriyaya hərbi müdaxilə üçün heç bir beynəlxalq qərar yoxdur”.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı bildirib.

Onun sözlərinə görə, İran dəfələrlə Suriya böhranın hərbi yolla həllinin olmadığını və təhrikedici addımların yalnız regionun vəziyyətini daha da mürəkkəbləşdirəcəyini bəyan edib: “Suriyadakı böhran dinc yolla nizamlanmalıdır. İran regionda əlavə gərginlik yaradan hər bir hərəkətə görə xəbərdarlıq edir”.

A. Əraqçı deyib ki, ABŞ-ın regiona hərbi gəmi göndərməsi kimi təhrikedici addımları və ya açıqlamaları bölgədəki vəziyyəti ağırlaşdıracaq: “Bəzi ölkələrin ağılsızca davranaraq, böhranı alovlandırmayacaqlarına ümid edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR