İranda 2 nəfər edam edilib

İranda 2 nəfər edam edilib
# 28 avqust 2013 06:50 (UTC +04:00)

APA-nın məlumatına görə, məhbuslardan biri qətl, digəri isə narkotik maddələrin daşınması və saxlanılmasında günahlandırılaraq asılıb.

Avqustun 27-də səhər saatlarında Kirmanşah şəhərinin Dizelabad həbsxanasında edam edilən və Yavə rayonun Bələ kəndindən olan Qərib Muradi 2008-ci ildə Həcic kəndindən olan öz həmyerlisi Ədnan Fərzadı qətlə yetirdiyinə görə həbs olunub.

Dünən səhər saatlarında Kaşan həbsxanasında dara çəkilən narkotik maddə alğı-satqısı ilə məşğul olan məhbus üzərində 3 kq şişə ilə tutulub. Onun ad və soyadı açıqlanmasa da, Kirman sakini olduğu qeyd edilib.

Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

Qeyd edək ki, ötən həftə İranın müxtəlif həbsxanalarında 40-dan çox məhbus dara çəkilib. Ölkədə Ramazan ayı bitdikdən sonra edam cəzalarının icraya yönəldiləcəyi gözlənilirdi. Ancaq Ramazan ayında da bir məhbus Urmiya şəhərinin mərkəzi həbsxanasında edam edilib.

İran ölüm hökmlərinin icrasına görə Çindən sonra ikinci yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR