Səlim Müslümov Şəkidə qəbul keçirəcək

Səlim Müslümov Şəkidə qəbul keçirəcək
# 19 iyun 2014 09:27 (UTC +04:00)

Bakı - APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iyunun 25-də saat 10:00-da nazirliyin Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (024)244-76-41 (Şəki rayon ƏSMM), (024)255-21-25 (Qax rayon ƏSMM), (024)225-20-08 (Zaqatala rayon ƏSMM), (024)295-15-19 (Balakən rayon ƏSMM), (024)215-21-71 (Oğuz rayon ƏSMM), (024) 205-21-02 (Qəbələ rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Şəki rayonuna aparılıb gətirilmələri təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR