“Azərbaycanda Gənclər Turizminin formalaşması və dünyaya inteqrasiyası” layihəsinin açılış mərasimi keçirilib - FOTO

“Azərbaycanda Gənclər Turizminin formalaşması və dünyaya inteqrasiyası” layihəsinin açılış mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 13 fevral 2014 11:35 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyinin Turizm klubu və “Gənclər Turizmi” İctimai Birliyinin təşkilatçılığı ilə “World Business Center”də “Azərbaycanda Gənclər Turizminin formalaşması və dünyaya inteqrasiyası” layihəsinin açılış mərasimi keçirilib.

“İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Gənclər Turizmi” İctimai Birliyinin həmtəsisçisi Kənan Hənifəyev qeyd edib ki, birlik 2007-ci ildə klub kimi fəaliyyətə başlayıb və daha sonra 2008-ci ildən ictimai birlik kimi qeydiyyatdan keçib.

Onun sözlərinə görə layihə çərçivəsində gənclər üçün turizmin müxtəlif xidmət sahələri üzrə təlimlər təşkil olunacaq. Təlimlər Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən qabaqcıl təlimçiləri tərəfindən baş tutacaq.

“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev çıxışında bildirib ki, Azərbaycanda diqqət göstərilən sahələrdən biri də turizm sahəsidir. Son illər ərzində bu sahəyə yetərincə yatırımlar edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov qeyd edib ki, Gənclər Fondu Cənab Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılıb. Fond tərəfindən 5 kateqoriya üzrə qrant müsabiqəsi keçirilir. Gənclər də bu imkanlardan yararlanaraq öz layihələri ilə müraciət edə bilərlər.

Turizm İnstitutunun nümayəndəsi Orxan Musa da layihənin gənclər üçün önəmindən danışıb və iştirakçılara uğurlar arzu edərək, layihədən maksimum faydalanmağı tövsiyyə edib.

“İRƏLİ Turizm Klubunun rəhbəri Ülviyyə Qəhrəmanlı bildirib ki, layihə 4 gün ərzində davam edəcək. Layihənin əsas məqsədi turizm sənayesi üçün gənclər arasında rəqabətə davamlı peşəkar kadrlar hazırlamaq və peşəkarlıqlarını artırmaqla onların məşğulluğunu təmin etmək, eləcə də bu sahədə gənclər arasında sahibkarlığın inkişafına dəstək olmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR