“APA Holding”in yeni layihəsi fəaliyyətə başlayıb

“APA Holding”in yeni layihəsi fəaliyyətə başlayıb
# 14 aprel 2014 11:09 (UTC +04:00)

Bakı – APA. “APA Holding” MMC-nin yeni layihəsi - “Ekonomist.az” iqtisadi xəbər portalı fəaliyyətə başlayıb.

Hələlik rus dinlində fəaliyyət göstərəcək “Ekonomist.az” oxucu auditoriyasına ölkədə və dünyada baş verən mühüm iqtisadi, sosial, texnoloji və s. hadisələr barədə operativ və obyektiv məlumatlar çatdıracaq.

Saytda Azərbaycan iqtisadiyyatının əsas sektorlarına dair (yanacaq-energetika kompleksi, sənaye, kənd təsərrüfatı, nəqliyyat, sosial sahə, bank-maliyyə sektoru, sığorta və s.) son xəbərləri əldə etmək mümkündür.

“Ekonomist.az” həmçinin İKT, turizm sektorlarını əhatə edən xəbərlər təqdim edir. Saytda ölkənin qiymətli kağızlar bazarının işıqlandırılması ilə yanaşı, iqtisadi hadisələrin obyektiv analitik icmalı təqdim olunur, respublikanın sosial-iqtisadi həyatında aktual mövzularla bağlı tanınmış ekspertlərin məqalə, fikir, şərh və müsahibələri təqdim olunur.

“Ekonomist.az” oxucularına tikinti, nəqliyyat sektorları, daşınan və daşınmaz əmlak sahələri ilə bağlı son xəbərlər, habelə dünyanın aparıcı avtomobil istehsalçı şirkətlərinin maraqlı məlumatlarını çatdırır. Portalda valyuta məzənnəsi, həmçinin aylıq, rüblük və illik statistik məlumatlar, hesabatlar da təqdim olunur.

Layihənin məqsədi nəinki iqtisadiyyat və biznes sahəsinin nümayəndələrinə, həm də ictimaiyyətin geniş təbəqələrinə istiqamətlənmiş dəqiq və operativ informasiya mənbəyinə çevrilmək, onlara ölkədə və dünyada baş verən sosial-iqtisadi hadisələri və problemləri düzgün anlamağa imkan yaratmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR