Əvəz Temirxan: “Milli Şurada destruktiv qüvvələr var”

Əvəz Temirxan: “Milli Şurada destruktiv qüvvələr var”
# 05 sentyabr 2013 10:21 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Milli Şuranın sonuncu sessiyasına qatılmamasına münasibət bildirərkən deyib.

Ə. Temirxan Milli Şuradakı bəzi qüvvələrlə bağlı müəyyən narazılığının olduğunu desə də, bunun nədən ibarət olduğunu açıqlamayıb: “Mən bunu ünvanlı şəkildə, seçki ərəfəsində açıqlamaq istəmirəm. Sadəcə, Milli Şuranın ümumi işinə və Cəmil Həsənlinin təbliğatına zərər yetirmək istəmirəm. Çünki məni doğru anlamayacaqlar. Lakin bilinməlidir ki, müəyyən narazılığımız var”.

Partiya sədri qeyd edib ki, bəzi mətbu orqanların ALP-nin Milli Şuradan narazılığını AXCP ilə münasibətlə əlaqələndirməsi düzgün deyil.

Ə. Temirxan onu da əlavə edib ki, iradlarını Milli Şura rəhbərlərinə bildirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR