Almaniya XİN başçısı Ukraynadakı böhranın həllinə dair Cenevrə danışıqlarını vacib addım kimi qiymətləndirib

Almaniya XİN başçısı Ukraynadakı böhranın həllinə dair Cenevrə danışıqlarını vacib addım kimi qiymətləndirib
# 18 aprel 2014 12:21 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva-APA. Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer Cenevrədə baş tutan dördtərəfli danışıqları Ukraynanın parçalanmasının qarşısını almaq istiqamətində vacib addım kimi qiymətləndirib.

APA-nın "Ukrinform"a istinadən verdiyi məlumata görə, o, Cenevrə razılaşmasını Ukrayna böhranının həlli baxımdan konkret və praktiki addım adlandırıb.

“Ukraynanın parçalanmasının qarşısını almaq, ölkənin gələcəyi naminə regionların birgə işləməsinə imkan yaratmaq üçün yeni şansımız var",- deyə diplomat vurğulayıb.

Eyni zamanda Ştaynmayer qeyd edib ki, Ukraynadakı böhranın həlli ilə bağlı nəticənin əldə edilməsi üçün xeyli vaxt lazımdır.

"İndi biz sübut etməliyik ki, Cenevrə sazişi kağız üzərində qalmayacaq", deyə almaniyalı nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR