Məşhur şahmatçılar Vüqar Həşimovun xatirə turnirinə qatılır

 Məşhur şahmatçılar Vüqar Həşimovun xatirə turnirinə qatılır
# 17 fevral 2014 07:47 (UTC +04:00)

Bakı – APA. Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin iştirakçılarının tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, aprelin 19-30-da baş tutacaq yarışda dünya şöhrətli 6 şahmatçı mübarizə aparacaq.

Belə ki, turnirin təşkilatçısı olan Azərbaycan Şahmat Federasiyası Maqnus Karlsen (Norveç), Fabiano Karuana (İtaliya), Hikaru Nakamura (ABŞ) və Sergey Karyakini (Rusiya) ölkəmizə gəlməyə razı salıb. Burada onlara Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da qoşulacaq.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 100 min avrodur. Qalib 30 min avro qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR