“Bank VTB (Azərbaycan)” yeni kredit kampaniyasına başlayıb

“Bank VTB (Azərbaycan)” yeni kredit kampaniyasına başlayıb
# 25 iyun 2014 08:47 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Bank VTB” (Azərbaycan) sərfəli faiz dərəcəsi ilə qaytarılma müddəti 60 ayadək olan girovlu istehlak kreditlərini müştərilərə təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, istənilən şəxs şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə 6 aydan 60 ayadək müddətə illik faiz dərəcəsi 22%-dən başlayan kredit ala bilər. Kreditin minimal məbləği 3 000 manat, maksimal məbləği isə 50 000 manat təşkil edir.

Bankın Pərakəndə biznes idarəsi rəisinin vəzifələrini icra edən Pərviz Qurbanov bildirib ki, bu, təyinatlı istehlak kreditidir: “Məhsulun yeni şərtləri müştərilərimizə borcun tətbiqi üçün geniş imkanlar açır. Qeyd edim ki, kreditin qaytarılma müddəti 36 aydan 60 aya qədər uzadılıb ki, bu da məhsulumuzu rentabelli və rəqabətədavamlı edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR