Dövlət Sərhəd Xidməti “Qırmızı körpü” bazarının ərazisində 4,78 hektar torpaq alacaq

Dövlət Sərhəd Xidməti “Qırmızı körpü”  bazarının ərazisində 4,78 hektar torpaq alacaq
# 05 noyabr 2013 12:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti torpaqların alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyənləşdirilməsi barədə qərar verib. APA-nın verdiyi məlumata görə, qərarda qeyd edilir ki, Qazax rayonunun İkinci Şıxlı kəndində "Sınıq körpü" sərhəd keçid məntəqəsinin ətrafında “Qırmızı körpü” sərhədyanı bazarının ərazisində 14 nəfər Qazax şəhər sakininin istifadəsində olan 4,78 hektar torpaq sahələrindən istifadə hüququnu sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan Dövlət Sərhəd Xidməti müəyyən edilsin.

Dövlət Sərhəd Xidmətinə tapşırılıb ki, nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə təkliflərini Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR