Bakı İstintaq Təcridxanasına yeməyin içərisində mobil telefon və digər əşyalar keçirilməsinin qarşısı alınıb - FOTO

Bakı İstintaq Təcridxanasına yeməyin içərisində mobil telefon və digər əşyalar keçirilməsinin qarşısı alınıb - <span style="color: red;">FOTO
# 05 sentyabr 2013 09:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar Xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 145.2.6, 170.3 və 181.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Əliağa Rza oğlu Mirzəyevə vətəndaş Ümid İrac oğlu Nəsrullayevin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman içi yeməklə dolu alüminium qazanın dibindəki gizli saxlanc yerindən daxilində danışıq kartları olmayan 4 ədəd “Nokia” markalı mobil telefon aparatları, 1 ədəd “Samsunq” markalı mobil telefon aparatı, 2 ədəd “Cin” danışıq kartı, 1 ədəd “Sim” danışıq kartı və 3 ədəd elektrik qidalandırıcısı aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR