AFFA “Neftçi” klubunu cəzalandırıb

AFFA “Neftçi” klubunu cəzalandırıb
# 08 aprel 2014 10:56 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXIX turunun oyunlarında baş verən qayda pozuntuları müzakirə olunub. Müzakirələr nəticəsində komitə 3 klubu cəzalandırıb.

“Xəzər Lənkəran”la səfər oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 1000 manat cərimələnib. “Bakı” ilə ev matçının 2, 42, 49 və 80-ci dəqiqələrində “Neftçi” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilməsi meydan sahiblərinin eyni məbləğdə cərimələnməsinə səbəb olub. “Sumqayıt”la qarşılaşmada stadionda PFL və Respect bayraqları asılmadığı üçün cəriməyə məruz qalan “Rəvan” da 1000 manat ziyana düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR