Ədəbiyyat İnstitutunun “Əsərləri” - “Ədəbiyyat məcmuəsi”nin xüsusi buraxılışı çapdan çıxıb - FOTO

Ədəbiyyat İnstitutunun “Əsərləri” - “Ədəbiyyat məcmuəsi”nin xüsusi buraxılışı çapdan çıxıb - <span style="color: red;">FOTO
# 08 yanvar 2014 08:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Əsərləri” - “Ədəbiyyat məcmuəsi”nin xüsusi buraxılışı çapdan çıxıb.

İnstitutun mətbuat xidmətinin rəhbəri Ağahüseyn Şükürovun APA-ya verdiyi məlumata görə, 1946-cı ildən nəşr edilən, sayca 24-cü cild olan elmi nəşrin xüsusi buraxılışı Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunub.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Nizami adına Ədəbiyyat İnstitutu” tarixi oçerki elmi nəşrdə ilk yer alan məqalədir. Bu məqalə ingilis və rus dillərinə də tərcümə edilib ki, bundan xarici dilli oxucular da yararlana bilərlər. İkinci məqalə “Nizami adına Ədəbiyyat İnstitutu: davamlı ənənələr və müasirləşmə yollarında (1933-3013)” (müəlliflər akademik İsa Həbibbəyli və filologiya üzrə elmlər doktoru Asif Rüstəmlidir) adlanır. Tarixi qaynaqlar əsasında qələmə alınmış bu tədqiqat işində institutun keçdiyi şərəfli yola nəzər salınır, bu elmi-tədqiqat müəssisəsində çalışmış görkəmli ədəbiyyatşünas alimlərin həyat yolundan bəhs edilir, onların yaradıcılığı barədə müfəssəl məlumat verilir.

18 çap vərəqi həcmində nəşr olunmuş “Əsərlər”də yer alan məqalələr “Nizami adına Ədəbiyyat İnstitutunun qurucuları” və “Elmin yollarında” adlı iki bölmədə paylanıb. Birinci bölmədə 15, ikincidə isə 26 ədəbiyyatşünas alim haqqında bioqrafik oçerklər verilib ki, bu materiallar yığcam olsa da, əhatəlidir. Bu materialların hazırlanmasında institutun elmi əməkdaşlarının əksəriyyəti iştirak edib.

“Nizami adına Ədəbiyyat İnstitutunun elmi nəşrləri” məqaləsində AMEA-nın müxbir üzvü Teymur Kərimli “Ədəbiyyat məcmuəsi” nəşrinin tarixinə nəzər salır, institutun direktoru İsa Həbibbəylinin rəhbərliyi ilə yeni yaradılan “Ədəbi əlaqələr” və “Poetika. izm” jurnalları haqqında məlumat verir.

Xüsusi buraxılışın sonunda AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi üzrə elmi-tədqiqat institutlarının 2013-cü il üzrə reytinq cədvəli verilib ki, bu cədvəldə Ədəbiyyat İnstitutunun yeri ön sıralardadır.

İsa Həbibbəylinin baş redaktorluğu ilə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş elmi jurnalın məsul katibi filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədov, nəşriyyat redaktoru Töhfə Talıbovadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR