"Online fikir bankı”nın qalibləri mükafatlandırılıb

"Online fikir bankı”nın qalibləri mükafatlandırılıb
# 03 mart 2014 12:40 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi "Online fikir bankı"nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin əməkdaşı Lalə Həsənova "Online fikir bankı"ı haqda məlumat verərək bildirib ki, son 3 ay ərzində fəaliyyətə başlayan “Online fikir bankı”na gənclər tərəfindən 80-dən artıq ideya və təklif göndərilib: "Təkliflər nəticəsində 1500-dən artıq müzakirə və baxış olub".

O qeyd edib ki, “Online fikir bankı” nın həyata keçirilməsində əsas məqsəd gənclərin açıq şəkildə yeni ideya və təkliflərini online şəkildə təqdim etmək imanı qazanmalarıdır: "Bu layihə gənclərin fikirlərinin bir məkanda toplanaraq daha böyük müstəviyə yol açmasına şərait yaradır. “Online fikir bankı” 12 əsas istiqaməti özündə cəmləşdirir. Bunlar: sosial xidmət, iqtisadiyyat, təhsil, media, kommunikasiya və telekommunikasiya, səhiyyə və sağlamlıq, ətraf mühit, tarixi abidələr, turizm, mədəniyyət, nəqliyyat sistemi və əyləncədir".

Sonda qalib gənclər Gənclər və İdman Nazirliyinin diplom və mükafatları ilə təltif olunublar.

Qeyd edək ki, qiymətləndirmə şurasının seçim istiqamətində əsas tələbi layihələrin innovativ olmaları, müəlliflik hüququnun qorunması, maliyyə tutumu cəhətdən mümkünlüyü və ideyanın tez bir zamanda gerçəkləşmə imkanının olmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR