ABŞ Senatı "Büdcə haqqında" qanun layihəsini növbəti dəfə rədd edib

ABŞ Senatı "Büdcə haqqında" qanun layihəsini növbəti dəfə rədd edib
# 01 oktyabr 2013 04:51 (UTC +04:00)

Bakı-APA. ABŞ Senatı “Büdcə haqqında” qanun layihəsini növbəti dəfə rədd edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müvafiq qanunun əleyhinə 54 nəfər, lehinə isə 46 nəfər səs verib.

Qeyd edək ki, respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatası “Büdcə haqqında” qanun layihəsinə səhiyyə sahəsindəki islahatlarla bağlı düzəlişlər edib. Həmin düzəlişlər milyonlarla amerikalının tibbi sığortanı ala bilməsini ləngidir, habelə konqresmenlər və prezident administrasiyası təmsilçilərinin tibbi sığortalarına subsidiyaların ləğvini nəzərdə tutur.

ABŞ Konqresinin aşağı palatası artıq üçüncü dəfə “Büdcə haqqında” qanun layihəsini geri Senata qaytarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR