Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır - VİDEO

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır - <span style="color: red;">VİDEO
# 25 fevral 2014 09:08 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşama doğru bəzi şimal və qərb rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR