İran prezidenti nüvə məsələlərini Xarici İşlər Nazirliyinə tapşırıb

İran prezidenti nüvə məsələlərini Xarici İşlər Nazirliyinə tapşırıb
# 05 sentyabr 2013 15:48 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İran prezidenti Həsən Ruhani sentyabrın 5-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, bundan sonra ölkənin nüvə məsələsinə görə İran Xarici İşlər Nazirliyi məsuliyyət daşıyacaq.

Qeyd edək ki, bir müddət öncə İran Ali Milli Təhlükəsizlik Şurasının ölkənin nüvə məsələsinin həlli ilə məşğul olmayacağı və artıq işin bu qurumun təsir dairəsindən çıxarıldığı barədə xəbər yayılmışdı. Eyni zamanda ölkənin nüvə məsələsinin həlli ilə məşğul olmaq səlahiyyətinin İran Xarici İşlər Nazirliyinin öhdəsinə verildiyi və İranın “altılıq” ölkələri ilə müzakirə aparacaq nümayəndə heyətinə xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərlik edəcəyi bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR