Martın 15-dən Azərbaycanda daşınmaz əmlakla bağlı yeni tələblər qüvvəyə minir - VİDEO

Martın 15-dən Azərbaycanda daşınmaz əmlakla bağlı yeni tələblər qüvvəyə minir - <span style="color: red;">VİDEO
# 12 mart 2014 14:48 (UTC +04:00)

Komitədən «APA-Economics»ə verilən məlumata görə, standart daşınmaz obyektlərə dair prinsipləri, kateqoriyaları, qiymətləndirmə kriteriyalarını, indiqatorları, tövsiyə edilən göstəriciləri və minimal ekoloji tələbləri təyin edir.

Həmçinin, standart daşınmaz əmlak obyektlərinə, binalara və tikililərə, onların həyətyanı ərazilərinə qoyulan ekoloji tələbləri müəyyən edir və layihələndirilən, tikilən, yenidən qurulmuş və istismara verilmiş daşınmaz əmlak obyektlərinin bütün kateqoriyalarına şamil edilir.

Normativ sənəddə daşınmaz əmlak obyektlərinə dair ekoloji tələblərin strukturu, ekoloji tələblərin baza kateqoriyaları və kriteriyaları, daşınmaz əmlak obyektlərinə dair ekoloji tələblərə riayət edilməsinin qiymətləndirilməsi metodları və digər informasiyalar mövcuddur.

Qeyd edək ki, yeni təsdiq edilmiş dövlət standartının tətbiqinə martın 15-dən etibarən başlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR