“Leyli və Məcnun” Tacikistanda nümayiş olunacaq

“Leyli və Məcnun” Tacikistanda nümayiş olunacaq
# 13 may 2013 09:12 (UTC +04:00)

Bakı. Turan Şakir - APA. Mayın 19-da Tacikistanın Opera və Balet teatrında “Leyli və Məcnun” opera kompozisiyası nümayiş olunacaq. Bu barədə APA-ya Akademik Opera və Balet teatrının rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev məlumat verib.

Onun sözlərinə görə, layihə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Akademik Opera və Balet teatrı, Tacikistanın Opera və Balet teatrı və Azərbaycanın Tacikistandakı səfirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə həyata keçirilir.

Tamaşanın rejissoru Hafiz Quliyev, dirijoru əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovdur. Baş rollarda xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova çıxış edəcək. Nofəl rolunu Türkmənistanın əməkdar artisti Soldux Nurululuayev ifa edəcək.

Sənətçiləri tarda əməkdar artist Elnur Əhmədov, kamançada isə əməkdar artisti Elçin Həşimov müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR