Bakıda NATO Parlament Assambleyasının “Rose-Roth” seminarları keçiriləcək

Bakıda NATO Parlament Assambleyasının “Rose-Roth” seminarları keçiriləcək
# 02 iyun 2014 14:43 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. İyunun 16-18-də Bakıda NATO Parlament Assambleyasının Cənubi Qafqazla bağlı “Rose-Roth” seminarı keçiriləcək. APA-nın ATƏT PA-nın saytına istinadən verdiyi xəbərə görə, iyunun 24 -26-da Azərbaycanda NATO PA-nın daha bir “Rose-Roth” seminarı olacaq.

Xatırladaq ki, “Rose Roth” NATO PA üzvlərini müxtəlif regionlarda baş verən proseslər haqqında müntəzəm və dərindən məlumatlandıran məşvərət formatıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR