Vahid Əliyev: “Azərbaycan Silahlı Qüvvələrinin yeganə məqsədi və arzusu Ali Baş Komandan İlham Əliyevə tezliklə qələbə raportu verməkdir”

Vahid Əliyev: “Azərbaycan Silahlı Qüvvələrinin yeganə məqsədi və arzusu Ali Baş Komandan İlham Əliyevə tezliklə qələbə raportu verməkdir”
# 19 aprel 2014 07:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Bütün Silahlı Qüvvələrin yeganə məqsədi və arzusu prezident, Ali Baş Komandan İlham Əliyevə tezliklə qələbə raportu verməkdir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev C. Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdəki çıxışında deyib.

General qeyd edib ki, Azərbaycan Ordusu regionda ən qüdrətli ordudur və düşmənlər bundan ciddi narahat olmağa başlayıblar.

O bildirib ki, hər an Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olmaq lazımdır: “Bu əmr hər an ola bilər. Biz torpaqlarımızı işğaldan azad edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR