Berti Foqts: “Neftçi”yə Çempionlar Liqasında uğurlar arzulayıram”

Berti Foqts: “Neftçi”yə Çempionlar Liqasında uğurlar arzulayıram”
# 15 may 2013 14:36 (UTC +04:00)

Bakı – APA. “Artıq əksər çempionatlar finiş xəttinə yaxınlaşmaqdadır və bir sıra ölkələrdə qızıl medalçılar müəyyənləşib”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis Topaz Premyer Liqasının XXXI turu çərçivəsində baş tutan “Qəbələ” – “Neftçi” matçından sonra çempionun müəyyənləşməsinə münasibət bildirib.

Foqts 1:1 hesabı yekunlaşan qarşılaşmadan sonra çempionatın sonuna 1 tur qalmış ardıcıl üçüncü dəfə çempion olan “Neftçi”ni təbrik edib: “Dünən “Qəbələ” ilə səfər oyununda vacib 1 xalı əldə edən “Neftçi” növbəti dəfə Azərbaycan çempionu adını qazandı. Sona bir tur qalmış çempionluğunu rəsmiləşdirən "Neftçi" ardıcıl üçüncü dəfə bu nailiyyətə imza atmaqla, qazanılan nəticələrin təsadüfi olmadığını bir daha sübuta yetirdi. Klubun rəhbərliyini, məşqçi heyətini, futbolçularını və azarkeşlərini növbəti çempionluq münasibətilə təbrik edir, UEFA Çempionlar Liqasında uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR