Azərbaycanın xarici işlər naziri Finlandiya prezidenti ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri Finlandiya prezidenti ilə görüşüb - <span style="color: red;">FOTO
# 15 may 2014 14:02 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiya Respublikasına rəsmi səfəri çərçivəsində Finlandiya prezidenti Sauli Niinisto ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Finlandiya prezidenti iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib və iqtisadiyyat, enerji, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Finlandiya arasında əməkdaşlığın daha da inkişafı üçün biznes forumların təşkilinin, səfərlər mübadilələrinin həyata keçirilməsinin önəmli olduğunu bildirib.

Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu böyük regional enerji və nəqliyyat sahələrindəki layihələrdən danışan nazir Elmar Məmmədyarov, Finlandiyanın da bu layihələrdə iştirakının arzu edilən olduğunu qeyd edib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barədə Finlandiya prezidentinə məlumat verib, regional inkişafa və sabitliyə təhdid olan bu münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini həmsöhbətinin diqqətinə çatdırıb. O, Azərbaycanın Avropa Şurasında sədrliyi çərçivəsində prioritetləri və Aİ ilə əməkdaşlığa dair Azərbaycanın mövqeyi barədə məlumat verib.

Finlandiya Prezidenti verilmiş məlumata görə nazirə təşəkkür edib və Azərbaycana səfər etmək niyyətini ifadə edib.

Eyni zamanda görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda nazir Elmar Məmmədyarov Prezident sarayında xatirə kitabına ürək sözlərini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR