Oqtay Əsədov: “ATƏT Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə nizamlanması üçün səylərini artırmalıdır”

Oqtay Əsədov: “ATƏT Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə nizamlanması üçün səylərini artırmalıdır”
# 14 aprel 2014 15:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT-in Azərbaycanda layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib. MM-dən APA-ya verilən məlumata görə, sədr onu yeni təyinatı münasibəti ilə təbrik edib və ümidvar olduğunu bildirib ki, bu vəzifədə fəaliyyəti ilə o, Azərbaycanla ATƏT arasında münasibətlərin inkişafına töhfə verəcək.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən danışaraq deyib ki, yaranmış durum təkcə Cənubi Qafqaz regionunun deyil, bütövlükdə Avropanın təhlükəsizliyini təhdid edir: “Bu mənada Avropada təhlükəsizliklə məşğul olan bir qurum kimi ATƏT-in Parlament Assambleyası da Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə nizamlanması üçün səylərini artırmalıdır”.

Aleksis Şahtaxtinski isə Azərbaycanla ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikirlərini bölüşüb, Azərbaycan nümayəndə heyətinin ATƏT PA-da səmərəli fəaliyyətini xüsusi qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR