Kənd təsərrüfatı naziri Heydər Əsədov almaniyalı həmkarını Azərbaycana dəvət edib - FOTO

Kənd təsərrüfatı naziri Heydər Əsədov almaniyalı həmkarını Azərbaycana dəvət edib - <span style="color: red;">FOTO
# 17 yanvar 2014 07:16 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Berlin şəhərində keçirilən ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə beynəlxalq «Yaşıl Həftə» və Kənd Təsərrüfatı Nazirlərinin VI Berlin Sammiti çərçivəsində Alman-Azərbaycan Forumunun sədri Eberhard Şleyer ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı tərəflər arasında əlaqələrin genişləndirilərək kənd təsərrüfatı sahəsində də əməkdaşlığı əhatə etməsi imkanları müzakirə edilib. H.Əsədov Azərbaycanda aqrar sahədə peşə hazırlığının gücləndirilməsinə ehtiyacın olduğunu və bu sahədə Almaniya təcrübəsinin Azərbaycanda tətbiqinin faydalı ola biləcəyini vurğulayıb. Forumun sədri bu sahədə ölkəmizə dəstək verməyə hazır olduqlarını və tezliklə bu məsələyə dair layihə hazırlanacağını bildirib.

Daha sonra nazir beynəlxalq «Yaşıl Həftə» sərgisinin və Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumun açılış tədbirində iştirak edib.

Tədbirdən sonra H.Əsədov Almaniyanın ərzaq və kənd təsərrüfatı naziri Hans Peter Fridrix ilə görüşərək, iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrini daha yaxından müzakirə etmək məqsədilə almaniyalı həmkarını Azərbaycana dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR