Oqtay Əsədov Avropa Parlamentinin Azərbaycanla bağlı qərarlarından narahatlığını bildirib

Oqtay Əsədov Avropa Parlamentinin Azərbaycanla bağlı qərarlarından narahatlığını bildirib
# 06 iyun 2013 12:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Belçikaya səfəri çərçivəsində Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brokla görüşüb. Milli Məclisdən APA-ya verilən məlumata görə, O. Əsədov Avropa Parlamentinin Azərbaycanda insan haqlarına dair qəbul etdiyi bir sıra qərarları xatırladaraq deyib ki, ətraflı araşdırmalar aparılmadan qəbul edilən bu sənədlər ölkə ictimaiyyətinin narazılığına səbəb olur. O bildirib ki, bu məsələlərin ilkin olaraq Avronest PA-da müzakirəsi və yalnız bundan sonra hər hansı qərarın verilməsi daha ədalətli olardı.

Avropa Parlamentinin komitə sədri isə qeyd edib ki, digər dövlətlərlə bağlı qurumda daha sərt qərarlar qəbul edilir.

Görüşdə Azərbaycan və Avropa təsisatları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi və müsbət nəticələr əldə edildiyi, “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin olduqca önəmli olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR