Pakistan səfiri BDU tələbələrinə mühazirə oxuyacaq - FOTO

Pakistan səfiri BDU tələbələrinə mühazirə oxuyacaq - <span style="color: red;">FOTO
# 26 may 2014 16:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayserini qəbul edib. BDU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə səfir Pakistanda Azərbaycana dost yox, qardaş ölkə deyildiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanla Pakistan bütün beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edir ki, bu da ölkələrin bir-birinə olan münasibətinin göstəricisidir.

Azərbaycanın son illərdəki inkişafından danışan Xalid Usman Qayseri universitetlərarası əməkdaşlıqda və onun daha da inkişafında maraqlı olduqlarını deyib.

Rektor Abel Məhərrəmov BDU-da tədris olunan urdu dilindən, bu sahədə tələbə-müəllim mübadiləsindən, elmi müstəvidəki əməkdaşlıqdan bəhs edib.

Əlaqələrin hazırkı vəziyyətindən razılıq ifadə olunub və səfirin BDU tələbələrinə mühazirə oxumaq istəyi məmnunluqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR