Rafael Cəbrayılov: "Sərxoş vəziyyətdə avtomobil idarə edənlər sürücülük hüququndan məhrum edilməlidir" - VİDEO

Rafael Cəbrayılov: "Sərxoş vəziyyətdə avtomobil idarə edənlər sürücülük hüququndan məhrum edilməlidir" - <span style="color: red;">VİDEO
# 15 dekabr 2013 11:40 (UTC +04:00)

Millət vəkili APA TV-yə bildirib ki, sərxoş vəziyyətdə avtomobil idarə edən sürücüləri 300 manat cərimə yox, birbaşa sürücülük hüququndan məhrum etmək lazımdır.

Burada göstərilir ki, 300 manat və ya 6 ay müddətinə sürücülük hüququndan məhrum etmə cəzasıdır. Mən düşünürəm ki, dünya təcrübəsindən istifadə etmək lazımdır. Alternativ cəza tədbiri kimi birmənalı şəkildə sürücülük hüququndan məhrum etmək lazımdır. İnsanların say etibarı ilə çoxluğu, avtomobillərin çoxluğu, hərəkətin intensivliyi elə bir həddə gəlib çatıb ki, avtomobili götürüb sərxoş vəziyyətdə küçəyə çıxmaq artıq heç kimin şəxsi işi deyil. Ona görə də sərxoş vəziyyətdə avtomobil idarə edənlərə qarşı tənbeh tədbirləri daha ciddi olmalıdır”.

Yol qəzalarının sayının artmasında sərxoş sürücülərin də rolunun az olmadığını deyən millət vəkili əlavə edib ki, il ərzində 1200 insanın yol qəzalarında həlak olması yollarımızda müharibə mənzərəsi yaradır.

Bu çox böyük rəqəmdir. Nəzərə alsaq ki, bunun 3 misli qədər də bədən xəsarəti alan insanlar olur, bu barədə düşünməyə dəyər. Daha doğrusu, düşünmək üçün zərurət yaradır bu rəqəmlər. Avropa ölkələrində hər 100 yol qəzasında ölüm faktı 4,2 faizdir. Bizdə isə son illər 100 yol qəzasında ölüm faktı 33-36 faiz olur. Deputatın fikrincə, bu problemi islahatlar, insanların maarifləndirilməsi və reallığı onlara əyani şəkildə göstərmək yolu ilə aradan qaldırmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR