Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib

Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib
# 21 sentyabr 2013 11:26 (UTC +04:00)

Bakı – APA. Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 21-də Sumqayıt şəhərində vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Sumqayıt şəhərinin, Şamaxı, Abşeron, Xızı, və Qobustan rayonlarının sakinləri iştirak ediblər.

1 saylı Uşaq Gənclər İdman Məktəbinin binasında təşkil edilmiş qəbulda ümumilikdə 40-dan çox vətəndaş iştirak edib.

Qəbula gələn vətəndaşlar əsasən, güzəştli ipoteka krediti, idman sahəsində fəxri ad almaq, rayonlarda gənclər mərkəzinin tikintisi, stadionların təmiri, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi, mövcud zalların təmiri, idman avadanlıqları ilə təminat, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək üçün, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə, müalicə, təhsil haqqının ödənilməsi üçün maddi yardım istəyi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların GİN-ə aid olan müraciətlərindən bəziləri yerindəcə həllini tapıb. A. Rəhimov digər məsələlərin Bakıda araşdırılaraq vətəndaşların müraciətlərinin müsbət həlli üçün müvafiq tapşırıqlar verib.

Qəbuldan sonra gənclər və idman naziri Azad Rəhimov Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Şamaxı, Abşeron, Xızı, və Qobustan rayonları gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR