İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb
# 19 sentyabr 2013 10:10 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Fakt Astara Gömrük İdarəsinin sərnişin şöbəsində qeydə alınıb. İrandan gələn Azərbaycan vətəndaşı Nahid Ağayevə məxsus əl yüklərinə “Heimann” markalı rentgen aparatı ilə gömrük baxışı zamanı oradan 31 ədəd bükümdə, xalis çəkisi 510 qram olan narkotik vasitə - həşiş qətranı aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR