Səhiyyə Nazirliyi Qubada qeydə alınan ana və uşaq ölümünün ilkin səbəblərini açıqlayıb

Səhiyyə Nazirliyi Qubada qeydə alınan ana və uşaq ölümünün ilkin səbəblərini açıqlayıb
# 23 may 2014 13:25 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, mərkəzdə dünyasını dəyişən 1993-cü il təvəllüdlü Mövsümova Qızxanım 16 yaşında ailə həyatı qurub: “Beş il ərzində övladı olmayan qadın həm Azərbaycanda, həm də xaricdə hormonal müalicələr alıb. Mayın 21-də Quba Regional Perinatal Mərkəzinə daxil olub. Vəziyyəti nəzərə alınaraq spinal anesteziya olunub. Əməliyyat başlamadan ananın ürəyi dayanıb, reanimasiya tədbirləri həyata keçirilsə də, nəticə verməyib. Nəticədə bətnindəki uşaq və özü də həlak olub”.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda faktla bağlı ekspertiza aparılır. Bundan əlavə, materialların Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına daxil olduqdan sonra araşdırmaya başlanacaq. Ölümün dəqiq səbəbləri isə araşdırmanın nəticələrindən sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR