Alim Qasımov Tehranda möhtəşəm konsert proqramı ilə çıxış edib - FOTOSESSİYA

Alim Qasımov Tehranda möhtəşəm konsert proqramı ilə çıxış edib - <span style="color: red;">FOTOSESSİYA
# 14 may 2014 13:46 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Azərbaycanın xalq artisti Alim Qasımov mayın 13-də Tehranda möhtəşəm konsert proqramı ilə çıxış edib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Tehran Beynəlxalq Sərgi Mərkəzinin “Milad” salonunda baş tutan konsertin təşkilatçısı təbrizli şair Xosrov Sərtpi olub.

Konsertdə İranda öz tarixi torpaqlarında yaşayan azərbaycanlı musiqi həvəskarları iştirak ediblər. A.Qasımov bildirib ki, yenidən İranda konsert proqramı ilə çıxış etdiyinə görə çox xoşbəxtdir: “Bəzən insan qocaldığını hiss edəndə səsinin də tükəndiyini düşünür. Lakin bu gecə buraya toplaşan insanların bizim işimizi belə yüksək qiymətləndirdiyini və ürəkdən bizi alqışladığını görəndən sonra sonsuz dərəcədə sevinirəm”.

Qeyd edək ki, A.Qasımov mayın 20-dən 29-dək Təbriz və Ərdəbil şəhərlərində də silsilə konsertlər verməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR