Millimiz Şotlandiyaya məğlub olub

Millimiz Şotlandiyaya məğlub olub
# 12 iyun 2014 06:53 (UTC +04:00)

Bakı – APA. 17 yaşadək futbolçulardan ibarət yığmamız Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən UEFA-nın inkişaf mini-turnirində ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Mirbağır İsayevin yetirmələri Şotlandiya ilə görüşüb.

İlk hissəsi 1:1 başa çatan görüşdə komandamız 1:3 hesabı ilə məğlub olub. Turnirin digər görüşündə meydan sahibləri Monteneqronu böyük hesabla yenib – 3:0. U-17 sabah turnirdə son oyununu turnir cədvəlinin lideri Bosniya və Herseqovinaya qarşı keçirəcək. Futbolçularımız qalib gələcəyi halda, Şotlandiya da xal itirəcəyi halda, yığmamız bu turnirin qalibi ola bilər.

1. Bosniya və Herseqovina 2 1 1 0 6-3 4

2. Şotlandiya 2 1 1 0 6-4 4

3. AZƏRBAYCAN 2 1 0 1 2-3 3

4. Monteneqro 2 0 0 2 0-4 0

Qeyd edək ki, U-17 ilk görüşündə Monteneqroya 1:0 hesabı ilə qalib gəlmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR