Qəbələ ilə Ukraynanın Rovno vilayəti ilə arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb - FOTO - APA TV

Qəbələ ilə Ukraynanın Rovno vilayəti ilə arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">APA TV
# 11 sentyabr 2013 15:01 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Ukraynanın Rovno vilayətini təmsil edən nümayəndə heyətinin əməkdaşlıq məqsədilə Qəbələ rayonuna səfəri başa çatıb. APA-nın məlumatına görə, sentyabrın 11-də Qəbələ Mədəniyyət Mərkəzində Rovno vilayətini və Qəbələ rayonunu təmsil edən 70-ə yaxın iş adamının birgə iştirakı ilə görüş keçirilib.

Görüşdə Rovno Vilayət Dövlət Administrasiyasının sədri Vasili Bertaş, Vilayət Xalq Deputatları Sovetinin sədri Yuri Blaqodır, Rovno şəhərinin meri Vladimir Xomko, vilayətin 6 rayon administrasiyasının rəhbərləri, Rovno Ticarət-Sənaye Palatasının prezidenti Nikolay Yaroşşuk, habelə müxtəlif profilli müəssisə, şirkət və firmaların 33 nümayəndəsi, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko iştirak ediblər.

Tədbir zamanı Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası ilə Qəbələ rayon İcra Hakimiyyəti arasında regionlararası əməkdaşlıq haqqında saziş imzalanıb.

Qeyd edək ki, səfərin ilk günü qonaqlar rayonun bir sıra istehsal müəssisələrinin fəaliyyəti və bölgənin turizm imkanları ilə yaxından maraqlanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR