Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Marneuliyə səfər edib - FOTOSESSİYA

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Marneuliyə səfər edib - <span style="color: red;">FOTOSESSİYA
# 19 sentyabr 2013 10:08 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. Dünən Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Naziri Quram Odişariya Marneuliyə səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir səfər çərçivəsində Marneulidə artıq 1 ildir ki, fəaliyyət göstərən “Çay Evi”nin fəaliyyəti ilə yaxından tanış olub.

Nazir Q.Odişariya, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstan baş nazirinin köməkçisi Savalan Mirzəyev, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, onun müavini Ramin İsmayılov, rayon bələdiyyəsinin sədri İsfəndiyar Kərimov və digər rəsmi şəxslər xalça, “Çay Evi”ndə fəaliyyət göstərən Marneuli Gənclər Mərkəzinin təşkil etdiyi dil öyrətmə kurslarının, şahmat, rəqs, rəsm, xalça dərnəklərinin fəaliyyəti ilə tanış olublar.

“Çay Evi”nin layihə meneceri Emin Əhmədov nazirə və digər rəsmi şəxslərə kollektivin fəaliyyəti barədə ətraflı məlumat verib. Nazir Q.Odişariya xalça, rəsm və digər dərnəklərin fəaliyyətinə yüksək qiymət verib, xalça dərnəyində toxuculuğun sirlərini öyrənən azərbaycanlı uşaqların toxuduğu xalçaları bəyənib, “Çay Evi”nin kollektivinə uğurlar arzulayıb, incəsənət sahəsində kollektivə kömək edəcəyinə söz verib və gələcəkdə nazirliklə sıx əməkdaşlıq qurmağın vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR