Kiyevin mərkəzində millətçilər və Maydan özünümüdafiə qüvvələri arasında kütləvi dava olub

Kiyevin mərkəzində millətçilər və Maydan özünümüdafiə qüvvələri arasında kütləvi dava olub
# 30 aprel 2014 03:31 (UTC +04:00)

Bakı-APA. Kiyevin mərkəzindəki Müstəqillik meydanında millətçi hərəkatların fəalları və Maydan özünümüdafiə qüvvələri arasında kütləvi dava olub. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, millətçilər məşəllərlə şəhərin mərkəzində yürüş təşkil ediblər. Onlar Ali Radayadək yürüş edərək ölkənin şərqində vəziyyətin nizama salınmasını tələb etmək niyyətində olublar.

Məlumata görə, Maydandakı barrikadaların birinin qarşısında Maydan özünümüdafiə qüvvələrinin fəalları onların yolunu kəsərək, irəliləməyə mane olublar.

Baş vermiş qarşıdurmada tərəflər gözyaşardıcı qazdan, fişənglərdən istifadə ediblər. Bir neçə nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR