Bakıda Nizami Gəncəvinin əsərlərini əks etdirən rəsm sərgisi keçirilib - FOTO - VİDEO

Bakıda Nizami Gəncəvinin əsərlərini əks etdirən rəsm sərgisi keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 04 sentyabr 2013 20:33 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə “Ali Səviyyədə Görüş” çərçivəsində Nizami Gəncəvinin əsərlərini əks etdirən rəsm sərgisi keçirilib. APA–nın məlumatına görə, sərgidə Nizaminin “Xəmsə”sini əks etdirən rəsmlər nümayiş olunub.

Qeyd edək ki, “Ali Səviyyədə Görüş”də İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Beynəlxalq Əməkdaşlıq və Dialoq Mərkəzi, Sülh və Mədəniyyət Fondu, Qlobal Etiks kimi təşkilatların rəhbərləri iştirak edəcək.

Sərgidə forum iştirakçıları, müxtəlif ölkələrin səfirləri və digər qonaqlar iştirak edib. Sərgidə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov sabah keçiriləcək forumun mahiyyətindən və Nizami Gəncəvi irsinin öryənilməsindən danışıb, habelə bu kimi tədbirlərin keçirilməsi üçün dövlər başçısı tərəfindən yaradılan şəraitdən bəhs edib.

Digər iştirakçılar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Vaira Vike-Freiberga (Latviyanın sabiq prezidenti) və İsmail Seragəldin (İsgəndəriyyə Kitabxanasının Direktoru) isə Nizami Gəncəvi irsindən və forumun əhəmiyyətindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR