Polis şöbəsinə partlayıcı qoyulması barədə məlumat yayılıb

Polis şöbəsinə partlayıcı qoyulması barədə məlumat yayılıb
# 03 yanvar 2014 10:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İmişli Rayon Polis Şöbəsinin (RPŞ) inzibati binasına partlayıcı qoyulması barədə yalan məlumat verən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 31-də saat 16:48-də naməlum şəxs telefonla zəng edərək İmişli RPŞ-nin inzibati binasına partlayıcı qoyulduğunu bildirib.


Araşdırmalar zamanı məlumat təsdiqini tapmayıb. Yalan məlumatın İmişli rayonunun Qızılkənd kənd sakini Ramiz Hümbətov tərəfindən verilməsi müəyyən edilib.

İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R. Hümbətov saxlanılıb və onun sərxoş halda olması müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR