Azərbaycanın fövqəladə hallar naziri Abşeronda vətəndaşları qəbul edəcək

Azərbaycanın fövqəladə hallar naziri Abşeronda vətəndaşları qəbul edəcək
# 23 oktyabr 2013 15:09 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 25-i saat 11:00-da başlayacaq qəbulda Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə) 24 oktyabr 2013-cü il tarixində saat 09:00-dan başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR