Bu gecə Bakı və Abşeron yarımadasında 1-5 dərəcə şaxta olacaq - VİDEO

Bu gecə Bakı və Abşeron yarımadasında 1-5 dərəcə şaxta olacaq - <span style="color: red;">VİDEO
# 06 fevral 2014 09:43 (UTC +04:00)

Lakin gecə saatlarında yarımadanın bəzi ərazilərində zəif qar yağacağı istisna olunmur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

Fevralın 7-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gecə bəzi şərq rayonlarında, əsasən də Lənkəran-Astara bölgəsində az qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında temperaturun tədricən yüksəlməsi, biometeoroloji amillərin normal sutkalıq gedişi, eyni zamanda oksigenlə zəngin hava meteohəssas insanlar üçün əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR