Kanadanın səfirliyinin katibi Rusiyadan çıxarılıb

Kanadanın səfirliyinin katibi Rusiyadan çıxarılıb
# 22 aprel 2014 23:23 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Kanadadakı hərbi attaşesinin müavininin bir neçə gün əvvəl ölkədən çıxarılmasına cavab olaraq Moskva bu ölkənin səfirliyinin katibini Rusiyadan çıxarılıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” Rusiya XİN-dəki mənbəyə istinadən məlumat yayıb.

“Aprelin 22-də Kanadanın Moskvadakı diplomatik missiyasına səfirliyin katibi Marqarita Atanasovun 14 gün müddətində Rusiyadan çıxarılması barədə bildirilib”, deyə mənbə bildirib.

“Bu addım Rusiyanın Kanadadakı hərbi attaşesinin müavininin bir neçə gün əvvəl ölkədən çıxarılmasına cavab olaraq atılıb”, deyə mənbə əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR