TQDK sədri Məleykə Abbaszadə Şəmkirdə qəbul keçirib - VİDEO

TQDK sədri Məleykə Abbaszadə Şəmkirdə qəbul keçirib - <span style="color: red;">VİDEO
# 22 aprel 2014 15:00 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Bu gün Şəmkirdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə qərb bölgəsindən olan vətəndaşları qəbul edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, komissiya sədri Gəncə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkün vətəndaşları qəbul edərək onların müraciətlərini dinləyib. Müraciətlər əsasən sənəd qəbulu, əvvəlki illərin məzunları möhlət hüququ almaq üçün, və təhsil sahəsindəki məsələlərlə bağlı olub. Qəbula gələnlər TQDK-nın sədrinə qəbul qaydalarında tətbiq olunan yeniliklər, sınaq imtahanlarının sayının artırılması, qabiliyyət imtahanları, buraxılış və monitorinq imtahanları və digər məsələlərə dair rəy və təkliflərini bildiriblər. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb. Bəzi vətəndaşların komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR