Ucarda baş verən yol qəzasında biri hərbçi olmaqla, üç nəfər xəsarət alıb - VİDEO

Ucarda baş verən yol qəzasında biri hərbçi olmaqla, üç nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 04 mart 2014 15:04 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayon sakini 24 yaşlı Rəhimov Elvin İbrahim oğlunun idarə etdiyi “VAZ-2104” markalı minik maşını ilə, Ağdam rayon sakini 31 yaşlı Mehdiyev Faiq Rasim oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını toqquşub.

Nəticədə “VAZ-2104” markalı maşının sürücüsü E. Rəhimov, sərnişini 22 yaşlı Mahmudov Vüsal Əlağa oğlu və “Mercedes”in sərnişini müddətdən artıq xidmət edən hərbiçi Hacıqabul rayon sakini, 26 yaşlı Nuriyev Niyaməddin Qasım oğlu müxtəlif bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR