Siyavuş Novruzov: “Krıma ara qarışdırmağa gedənlər İsmayıllıya gedənlərdir” - VİDEO

Siyavuş Novruzov: “Krıma ara qarışdırmağa gedənlər İsmayıllıya gedənlərdir” - <span style="color: red;">VİDEO
# 04 aprel 2014 10:14 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Milli Məclisin iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O bildirib ki, partiyanın və onun sədrinin Ukrayna ilə bağlı mövqeyi tam aydın ifadə olunub: “Hətta hakim partiyanın sədrinin mövqeyi artıq BMT-də öz əksini tapıb. Ancaq təəssüf ki, başqa partiyalar burada dəstək göstərmək əvəzinə, bir qrupu Azərbaycanın MDB-dən çıxmasını təklif edərək qıcıq yaradır. Digər qrupu Rusiyanın həmsədrlikdən kənarlaşdırılmasını ortaya atır. Başqa bir dəstə isə Krıma ara qarışdırmağa gedir. Sonradan isə sual olunur ki, İsmayıllı hadisələri niyə baş verdi? Qeyd etməliyəm ki, Krıma gedənlər elə İsmayıllıya da gedirdilər. Hadisələrin nəticəsini gözləmədən azərbaycanlılara qarşı qıcıq yaratmağa ehtiyac yoxdur. Əgər siyasi partiyalar belə bir dəstək vermək istəyirlərsə, o zaman buyursunlar hər biri öz bəyanatı ilə çıxış etsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR