Ötən il Azərbaycanda mədənçıxarma sahəsində istehsal 1% artıb

Ötən il Azərbaycanda mədənçıxarma sahəsində istehsal 1% artıb
# 27 yanvar 2014 10:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 24,9 mlrd. manat olmaqla əvvəlki ilin səviyyəsini 0,7% üstələyib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neft hasilatı 43,1 mln. ton olmaqla 0,2%, əmtəəlik təbii qaz hasilatı isə 17,9 mlrd. kubmetr təşkil etməklə 3,6% artıb.

Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən ötən il 2,0 mln. ton tikinti qumu, 382,1 min ton inşaat üçün əhəng daşı, 1,6 ton qızıl, 630,0 kq gümüş və s. istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR