Allahşükür Paşazadə Azərbaycanda keçiriləcək seçkilərlə əlaqədar dindarlara xəbərdarlıq edib

Allahşükür Paşazadə Azərbaycanda keçiriləcək seçkilərlə əlaqədar dindarlara xəbərdarlıq edib
# 08 iyul 2013 12:22 (UTC +04:00)

APA-nın məlumatına görə, Şeyxülislam bu gün QMİ-də keçirilən tədbirdə bildirib ki, bu il Azərbaycana xarici təsirlər daha da artır, xüsusilə dindarlar bu məsələdə çox ehtiyatlı olmalıdırlar.

O qeyd edib ki, Azərbaycanda dini müxtəliflik var, dini təriqətlər arasında çox yaxşı tolerantlıq mövcuddur: “Amma bəzən dini təriqətlərimizə xarici təsirlər də olur. Xarici təsirlərə məruz qalan dini alimlərimiz də var. Nəzərə alsaq ki, bu il ölkədə prezident seçkiləri ilidir, siz dindarlar bu məsələdə ehtiyatlı olmalısınız. Elə edin ki, seçkilər ərəfəsində bizim dindarlarımızdan istifadə olunmasın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR