İqtisadi inkişaf nazirinin Göyçayda nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İqtisadi inkişaf nazirinin Göyçayda nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib
# 26 sentyabr 2013 14:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin Göyçayda sentyabrın 28-nə nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı oktyabrın 5-nə keçirilib.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti, 98) təşkil olunacaq qəbulda iqtisadi inkişaf naziri Şahin Mustafayev Ağdaş, Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (Ünvan: Yevlax şəhəri, H.Əliyev prospekti, 34, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 336-73-10, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected], [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR